May ayında buğdanın, arpanın, kartofun, soğanın qiymətində artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bununla yanaşı pomidorun, xiyarın, göyərtilərin, baş sarımsağın qiymətləri ucuzlaşıb. Bundan başqa çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşıb. Qozun və limonun qiymətlərində isə bahalaşma qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, ətin qiyməndə bahalaşma müşahidə olunub. Belə ki, diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2 faiz, inəyin 1,9 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,8 faiz, südün 0,3 faiz, yumurtanın 14,0 faiz, quş ətinin istehsalçı qiymətləri isə 1,3 faiz ucuzlaşıb. Balığın istehsalçı qiymətlərində 2,8 faiz ucuzlaşma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB