2013-cü ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 0,9% düşməsi, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1% artması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4% enməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin SİA-ya verdiyi məlumata görə, may ayında un, qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, əridilmiş pendir, yağlı kəsmik, yumurta, kərə yağı, zeytun və günəbaxan yağları, limon, banan, alça, çiyələk, kələm, xiyar və pomidor, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində azalma, xama, qarğıdalı yağı, alma, armud, göyərti, çuğundur, kök, soğanın qiymətlərində artım müşahidə olunub.
Bundan başqa ay ərzində qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri düşüb, ayaqqabıların qiymətləri isə yüksəlib.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB