"Türkiyənin dünyada ən böyük 16-cı iqtisadi ölkə olduğunu nəzərə alsaq, qardaş ölkədə böyük investisiyalar qoyan SOCAR-ı dünyanın 3-cü ən böyük şirkəti hesab edə bilərik". Bunu jurnalistlərə ARDNŞ-ın Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib. SOCAR rəsmisi həmçinin əlavə etdi ki, ARDNŞ-a məxsus olan "Petkim" şirkəti 2018-ci ilədək Türkiyənin 3 ən böyük şirkətindən biri olacaq. Onun sözlərinə görə, enerji sahəsində Türkiyənin ən böyük şirkəti SOCAR olacaq: "Şirkətin həyata keçirdiyi layihələr bunu sübut edir. Təmsil etdiyim şirkət orada nə qədər böyük layihələrin həyata keçirilməsini bir daha sübut edəcək. Biz həmçinin qardaş ölkədə böyük layihələrlə yanaşı, sosial layihələrə də investisiya qoyuruq. Hazırda SOCAR Türkiyədə təhsilə, idmana çox böyük dəstək verir".
Kənan Yavuz həmçinin qeyd edib ki, SOCAR Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda "Star" Neft Emalı Zavodu ilə eyni zamanda təməli atılan Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisini reallaşdırıb: "Hazırda burada 30 azərbaycanlı tələbə təhsil alır və bu ildən 20 azərbaycanlı tələbənin orada təhsil almağa göndərilməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB