"ARDNŞ hazırda Türkiyə iqtisadiyyatına ən böyük investisiya qoyan şirkətlərdəndir". SİA-nın məlumatına görə, bunu ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2008-ci ilin may ayında SOCAR Türkiyədə "Petkim" şirkətini alıb. Hazırda ARDNŞ Türkiyədə neft-kimya, enerji sektoruna böyük investisiya qoyur. Bundan başqa, ARDNŞ Türkiyədə TANAP layihəsi daxil olmaqla, 17 milyard. dollarlıq yatırım həyata keçirir: "Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə ən böyük konteyner limanının inşasını həyata keçirir. Layihənin dəyəri 400 milyon dollar təşkil edir və bu, dünyanın ən böyük konteyner daşıyan limanı olacaq. İki ildən sonra limanın tikintisi başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB