Azərbaycanda həyata keçirilən yeni layihələrlə əlaqədar olaraq yeni qazma qurğularına tələbat yaranıb. Bunu SİA-ya açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. ARDNŞ prezidenti həmçinin əlavə edib ki, bu məqsədlə 1 milyard dollar dəyərində ən müasir sayılan 6-cı nəsil yeni üzən qazma qurğusu tikiləcək.
Qeyd edək ki, qurğu suyun 1000 metr dərinliyində işləmək və 12 min metr dərinliyə quyu qazmaq imkanına malik olacaq. Yeni qazma qurğusu Azərbaycanda tikiləcək. Rövnəq Abdullayev bildirib ki, qurğunun tikintisi 41 ay davam edəcək və 2016-cı ilin sonunda – III rübdə qurğu suya buraxılacaq.
Bundan başqa ikinci belə qurğunun tikintisinə başlamaq üçün danışıqlara da start verilib. İkinci qurğu ARDNŞ və "Total" şirkətləri tərəfindən "Abşeron" yataqlarında istismar edilmək üçün nəzərdə tutulur.
ARDNŞ rəhbəri bildirib ki, Azərbaycana bundan əlavə daha iki analoji qazma qurğusu, yəni ümumilikdə 4 qazma qurğusu lazımdır.
Onun sözlərinə görə, müasir qazma qurğusu olmadığına görə ARDNŞ qaz yataqlarında, o cümlədən "Babək"də işləri lazımi şəkildə apara bilmir: "Yeni qurğular vasitəsilə həm özümüzün, həm də partnyorlarımızın qazma işlərini həyata keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB