"Ölkədəki sahibkarlıq subyektlərində yersiz yoxlamaların sayı azalıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib. Onun sözlərinə görə, ölkədə sahibkarlara qarşı yersiz yoxlamalarla bağlı bu sahədə çoxlu işlər görülür: "Konfederasiyanın son vaxtlar sahibkarlarla apardığı sorğulardan məlum olur ki, onlara əsassız müdaxilələrin sayı dəfələrlə azalıb. Bu gün bizi ən çox maraqlandıran ölkədə kiçik və orta sahibkarlığın inkişafıdır. Bu sahənin inkişafı üçün hökumətə müxtəlif təkliflər veririk ki, onlara güzəştlər bir qədər də artırılsın və sahibkarlara uzunmüddətli kreditlər verilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB