Avropadakı iqtisadi böhran Almaniya və Fransada işsizlər ordusunun yaranmasına səbəb olub. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, qlobal maliyyə böhranı Fransada işsizlərin sayının durmadan artmasına səbəb olub. Ölkənin Əmək Nazirliyi Fransada işsizlərin sayının cari ilin aprelində rekord həddə -3 264 400 nəfərə çatdığını bəyan edib. Yalnız şəhər əhalisi arasında heç bir yerdə işləməyənlərin sayı son bir ayda 39 800 nəfər olub. Bir il ərzində işsizlər arasında 12,5 faiz artım qeydə alınıb.
Ölkədə gənclər arasında işsizlərin sayı 2 faiz artıb. 50 yaşlı insanlar işsizlik problemi ilə daha çox qarşılaşırlar. Son bir ildə bu yaşda olan işsizlərin sayı 15,4 faiz artıb.
Fransa Statistika İdarəsi işsizlərin sayının 2013-cü ildə 178 700 və 2014-cü ildə isə 128 700 nəfər artacağını bildirib.
Dövlət rəsmiləri işsizlərin sayının 2013-cü ilin sonlarında bir qədər azalacağına ümid edirlər.
Bu arada Almaniyanın baş naziri Angela Merkel büdcə kəsirlərini azaltması üçün Avropa İttifaqının iki il vaxt verdiyi Fransanın struktur islahatlarını davam etmək məcburiyyətində olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB