Neft bahalaşıb

Dünya bazarlarında neftin qiyməti artıb. SİA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Londonun "InterContinental Exchange Futures Europe" birjasında keçirilən hərracda "Brent" markalı "qara qızıl"ın qiyməti bahalaşıb. Ötən gün baş tutan hərracda bu markadan olan neftin bir barreli 1.59 dollar artaraq 104.23 dollar olub.

Martın 28-də Nyu-Yorkun "New York Mercantile Exchange" (NYMEX) əmtəə birjasında keçirilən hərracda WTI (Light Sweet) neftinin də qiyməti artıb. Belə ki, bu markadan olan "qara qızıl"ın bir barelinin dəyəri 0.86 dollar yüksələrək 95.01 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə