2013-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,2 min nəfər olub, onların 27,4 faizini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən açıqlamaya görə, dövlət qulluqçularının 4,3 faizi inzibati vəzifələrin 1-4-cü təsnifatları üzrə, 75,3 faizi 5-9-cu təsnifatları üzrə, 20,4 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.
Bundan başqa dövlət qulluqçularının 9,7 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 24,9 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 25,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,1 faiz, 30-34 yaşda 14,1 faiz, 35-44 yaşda 22,0 faiz, 45-54 yaşda 28,0 faiz, 55-62 yaşda 15,3 faiz və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,5 faizini təşkil etmişdir. İşləyənlərin 50,0 faizi 35-54 yaşda olanlardır.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2012-ci ildə 446,7 manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB