Yay mövsümünün gəlməsi özünü əmlak bazarında qiymətlərin bahalaşması ilə göstərdi. "MBA Konsaltinq" şirkətinin direktoru Nüsrət İbrahimov SİA-ya verdiyi açıqlamada bildirib ki, qiymət artımı daha çox torpaq bazarında müşahidə olunub. Daşınmaz Əmlak bazarının bu seqmentində 2-3 faizlik artım baş verib. Nüsrət İbrahimov bildirdi ki, bazarda gedən proseslər bu qiymət artımının davamlı olacağını deməyə əsas verir. Proqnozlara görə, bahalaşma 3 il müddətinə qədər davam edə bilər. Bundan başqa il ərzində torpağın bahalaşması 6-8 faiz həddində olacağı gözlənilir: "Ancaq digər tərəfdən də qiymət artımını mövsümü amillərlə əlaqələndirmək olar. Yay fəslinin sonlarında ucuzlaşmanın olacağı proqnozlaşdırılır".
Torpağın bahalaşması 2-ci və 4-cü zonalarda daha çox müşahidə olunur. Bahalaşmanın səbəbinə gəldikdə, Nüsrət İbrahimov qeyd etdi ki, qiymət artımının bir səbəbi xarici faktorlarla bağlıdır: "Torpağın bahalaşması tək Azərbaycanda deyil, ətraf regionlarda da baş verir. Daxili faktora gəldikdə isə, bu da əhalinin gəlirlərinin artması ilə bağlıdır. Yəni əhali mənzil şəraitini yaxşılaşdırmaq üçün fərdi evlər tikməyə maraq göstərir, bununla əlaqədar torpaq sahələri alırlar. Nəticədə də torpaq bazarında bahalaşma müşahidə olunur."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB