"Hər üç ölkə BTQ-yə yüklərin cəlb edilməsi üzərində işləməlidir"
"Azərbaycan, Gürcüstan və Türkiyə tikilməkdə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu üzrə nəql üçün yüklərin cəlb edilməsi üzərində işləməlidir". SİA-nın məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.
"Biz gələcəkdə BTQ dəmiryolunun təmin olunmasını gücləndirməli, mümkün qədər böyük həcmdə yüklərin cəlb edilməsi üzərində işləməliyik. Bu gün güclü rəqabət müşahidə olunur, ona görə də biz bu tranzit dəhlizinin rolunu gücləndirməliyik. BTQ-nin işə salınması Asiyadan Avropaya yüklərin daşınması üçün çox sərfəli şərait yaradacaq",- deyə nazir fikirlərinə əlavə edib.
Onun sözlərinə görə, üç ölkənin münasibətləri böyük potensiala malikdir və tranzit imkanları bu potensialı əhəmiyyətli dərəcədə artırır: "Layihə çərçivəsində işlər yaxşı və qrafik üzrə gedir. Dəmiryol planlaşdırılmış vaxtda istismara veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB