Qeyri-neft sektorunun inkişafıda yeni texnologiyaların tətbiqi, müasir yanaşmanın həyatda öz əksini tapması, bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır.
Prezident İlham Əliyev
Xəbər verdiyimiz kimi may ayının 21-dən 24-nə kimi Azərbaycanda "İnterkabel" Beynəlxalq Assosiasiyasının 45-ci forumu keçirilib. Bu möhtəşəm tədbirə dünyanın 22 ölkəsindən 150 nəfərdən çox nümayəndə qatılıb.
Paytaxtın Marriott otelində may ayının 21-22 tarixlərində keçirilən tədbirlərdə bu nümayəndələr və Azərbaycan rəsmləri çıxış edərək görülən işlər haqqında ətraflı məlumat verib, öz təcrübələrini bir-biri ilə bölüşüblər.
Azərbaycana gələn qonaqlar məmləkətimizdə gördükləri maraqlı işlərdən, burada qeyri-neft sektorunda gedən uğurlu tikililərdən, istehsal olunan məhsullardan çox məmnum olublar. Onlar məmləkətimizin Sovetlər Birliyi dağılandan sonra belə sürətlə inkişaf etməsini böyük ruh yüksəkliyi ilə hər çıxışlarında, söhbətlərində məmnunluqla vurğulayıblar.
"İnterkabel" Beynəlxalq Assosiasiyasının nümayəndələri may ayının 23-də Sumqayıt Texnologiyalar parkında olublar. STP-nin qarşısında qonaqları salamlayan üç dildə - Azərbaycan, rus və ingilis dillərində böyük panno asılmışdı. Qonaqlar elə STP-nin girişindən çox yüksək səviyyədə qarşılanıblar. Onları STP-dəki zavodlar və onların gördüyü işlərlə, istehsal etdiyi məhsullarla yaxından tanış ediblər.
STP Kabel zavodunda müasir avadanlıqlarla təchiz olunmuş qurğular və onların 6500 adda istehsal etdiyi məhsullar, onların keyfiyyəti qonaqları valeh edib. Bu Kabel zavodunun direktoru Adıgözəl Əbdul oğlu Rəhmanovun Avropa standartlarına cavab verən məhsullar haqqında dedikləri qonaqlarda böyük maraq yaradıb. O, vurğulayıb ki, tikintisinə 2007-ci ildən başlanılan və 2009-cu ilin dekabr ayında istifadəyə verilən STP Kabel zavodunun açılışında ölkə prezidenti İlham Əliyevin iştirak etməsi və STR-də fəaliyyətə başlayan zavodlara xeyir-dua verməsi hamının ürəyincə olub: "Cənab prezidentin ümidlərini Sumqayıt Texnologiyalar Parkının 4000 nəfərə yaxın kollektivi qısa zavan kəsiyində doğruldub. Təkcə bizim STP Kabel zavodunda istehsal olunan məhsullar yüksək Avrapa satandartlarına cavab verməklə, alıcıların çox xoşuna gəlir. Qısa vaxtda da zavodumuzda yeni sexlər qurulmaqla, 15000 adda məhsul istehsal etdəcəyik. 220-500 klavoltluq kabellərin istehsalı üçün yeni qurğular gətirmişik. Onların qurulmasına başlamışıq. Bu qurğuların istifadəyə verilməsi ilə bizim STP Kabel zavodu təkcə Azərbaycanda yox, keçmiş Sovetlər məkanında, qonşu Türkiyə və İranda analoqu olmayan bir zavod olacaq".
Qonaqlar SPT Kabel zavodunu gəzdikcə hər bir qurğuya və istehsal olunan məhsullara böyük maraqla tamaşa edir və onları fotoaparatla, vidiokameralarla çəkirdilər. Öz təəssüratlarını bir-biri ilə bölüşürdülər. Sonra qonaqlar Sumqayıt Texnologiyalar Parkının o biri zavodlarında da oldular. Buradakı zavodların istehal etdiyi məhsullar haqqında qonaqlara ətraflı məlumatlar verilib.
Polimer Məmulatları zavodundunun regionun ən iri polimer məmulatları istehsal edən müəssisə olduğu bildirilib. Zavodun illik ümumi istehsal gücü 150 000-200 000 tondur. Polimer Məmulatları zavodunda PE 100 qaz və su boruları, büzməli borular, telekommunikasiya və drenac boruları, şüşə liftli kompazit PPRC boruları, PPH kanalizasiya boruları, PERT-AL-PERT boruları, damcı suvarma boruları, ftinqlər və sairə istehsal olunduğu bildirilib. O da vurğulanıb ki, zavoda əlli adda məhsul istehsal olunur. Qonaqlar sonra Elektron Avadanlıqları zavodunda oldular. Bu zavodun müxtəlif ölçülü elektrik, alçaq, orta və yüksək gərginlikli elektrik yuvaları istehsal etdiyi bildirildi. 45-ci foruma gələn qonaqlar biləndə ki, Elektron Cihazlar zavodu Qafqazda ilk elektron cihazlar istehsal edən zavoddur, onlar bu zavodun işinə daha maraqla tamaşa etməyə başlayıblar. Bu zavodun istehsal etdiyi birfazalı öncədən ödənişli, çoxfarifli "Smart" tipli sayğaclar qonaqlarda böyük maraq yaradıb.
Qaynar Sinkləmə zavodundunun nadir texnologiyalar əsasında inşa edilən, ölkəmizdə və regionda ən iri müəssisə olduğu qonaqlara bildirilib. O da vurulanıb ki, zavodun illik məhsuldarlığı 40 000 tordur. Sonra qonaqlar metal konstruksiyaların və metalların necə sinkləndiyini də öz gözləri ilə görüblər. Beləliklə, qonaqlar Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən o biri zavodlarla - Alüminium və Miss Elektrotexniki Çubuqlar zavodunun, Günəş Kollektrorları və Qazanları zavodunun, Maşınqayırma zavodunun, Ağır Maşınqayırma zavodunun, Dəqiq Mexanika zavodunun, Press zavodun, Texniki Qazlar zavodunun və Sendviç Panellər zavodunun da işiləri ilə tanış olublar. Sumqayıt Texnologiyalar Parkına gələn qonaqlara icraçı direktoru Sahib Aslan oğlu Musayev məlumat verib ki, burada artıq on yeddi zavod fəaliyyət göstərir: "Bu zavodlarda artıq 4000-nə yaxın adam işləyir. Qısa vaxtda yeni üç zavod da inşa ediləcək. Bu zavodlar da istifadəyə veriləndən sonra Sumqayıt Texnologiyalar Paknıda 10 000 nəfərdən çox insan işləyəcək. Biz istehsal etdiyimiz məhsulları artıq dünya bazarına çıxarırıq. İstehsal etdiyimiz məhsulları satmaq üçün dünyanın bir sıra ölkələri ilə müqavilələr imzalayırıq. Onu da vurğulamaq istəyirəm ki, 2007-ci ildən inşasına başlanılan və 2009-cu ilin dekabr ayının sonlarında istifadəyə verilən Sumqayıt Texnologiyalar Paknının qısa vaxtda belə inkişaf etməsində ölkə başçımız İlahm Əliyevin böyük nəzarəti, zəhməti var. Gənab prezident bu qısa zaman kəsiyində üç dəfə bizim müəssisdə olub və işlərin gedişi, qarşıya çıxan preblemlərlə yaxından tanış olub. Bizə lazım olan bütün köməkliklər göstərilib".
Bütün burada gördükləri də dünyanın 22 ölkəsindən gələn 150 nəfərdən çox müəssisə rəhbərlərində, aparıcı mütəxəssislərdə xoş təəssürat və maraq yaranıb. Gələn qonaların çoxusu keçmiş Sovetlər Birliyindən gələnlər olub. Onlar gözlərinə və eşitdiklərinə inana bilməyiblər ki, Azərbaycan Respublikası Sovetlər Birliyi dağılandan sonrakı 22 ildə belə inkişaf edib və yüksək Avropa standartlarına cavab verən zavodlar yarada bilib. Azərbaycan təkcə neft sektoru ilə yox, həm də özünün qeyri-neft sektoru ilə regionun ən aparıcı dövlətinə çevrilib.
Sonra qanaqlar üçün kiçik konfrans keçirilib. Bu konfransda "İnterkabel" Beynəlxalq Assisiasiyasının prezidenti Vistislav Barisoviç Peşkov və Sumqayıt Texnologiyalar Parkının icraçı direktoru Sahib Musayev çıxış edərək, 45-ci Foruma gələn qonaqları salamlayıblar və STP haqqında öz ürək sözlərini deyiblər. Sonra STP-dəki zavodların faliyyəti haqqında sənədli film göstərilib.
Müxbirimiz fürsətdən istifadə edib qonaqların bəziləri ilə fikir mübadiləsi aparıb. Onlar Azərbaycan və burada gördükləri haqqında öz fikirlərini, ürək sözlərini deyiblər. İlk öncə "İnterkabel" Beynəlxalq Assosiasiyasının prezidenti İzoslav Barisovuç Peşkov 45-ci Forum haqqında ürək dolusu danışıb. Onu da vurğulayaq ki, cənab Peşkov 1936-cı ildə may ayının 26-da anadan olub. Burada onun ad günü də keçirilic. İ.B.Peşkov ömrünün əlli ilindən çoxunu kabel istehsalına sərf etmiş bir insandır. Uzun illər Kabel sənayesinin baş direktoru işləyib. Sonra Sovetlər Birliyi vaxtı "Elektrokabel" Assosiasiyasının prezidenti olub. Dövlət mükafatları laureatıdır. Texnika elmləri doktoru, professordur.
O, özünün ürək sözlərini belə izah edib:
- Bizim "İnterkabel" Beynəlxalq Assosiasiyasında iyirmi iki ölkədən doxsan təşkilat vardı. Bir təşkilatı da burada, Bakıda üzv etdik. Bu Bolqarıstandan olan təşkilatıdır. Mən STP-də bir neçə dəfə olmuşam. Bu gün də qonaqlarla Sumqayıt Texnologiyalar Pakında olan zavodları gəzdik. Mənim və qonaqların təəssüratımız çox yüksəkdir. Bura həqiqətən də əsl texnopakdır. Avropada və MDB məkanında ən yaxşı müəssisədir. Texnoparkı gəzdikcə çox sevindik ki, burada Avropa standartlarına cavab verən yüksək səviyyədə məhsullar istehsal olunur. Bura rəhbərlik edənlər və ölkə rəhbərliyi STP-nin inkişafına çox böyük sərmayə, əmək və vaxt qoyublar. Çünki əgər belə olmasaydı burada belə Avropa standartlarına cavab verən və 6500 adda məhsul istehsal edən Kabel zavodu yaratmaq olmazdı. Mən inanıram ki, burada yeni texnologiyalardan da həmişə istifadə etməklə daha böyük işlər görmək olacaq. Bizim Azərbaycanda keirdiyimiz forum da qırx beşinci forumdur. Biz hər il iki forum keçiririk. Burada elmi nəzəriyyəli məraqlı simpoziumlar olur. Aktual məsələləri hamının diqqətinə çatdırırıq. Bu dəfə isə telekommunikasiya işlərində kabelin əsas rolu haqqında maraqlı fikirlər səslənib. Həm də qonaqlar bu gün dünya standartlarına cavab verən Sumqayıt Texnologiyalar pakı ilə yaxınan tanış oldular. Doğrudur bu insanlardan bəziləri Sumqayıt Texnologiyalar Pakı tikilən vaxt burada olublar və buranın tikilməsinə köməklik ediblər. Bir də onu vurğulamaq istəyirəm ki, biz fikirləşmirdik bu foruma bu qədər insan gələ bilər. Onların Azərbaycana belə çox gəlməsində iki maraq da var. Birinci onlar haqqında bizim həmişə maraqla danışdığımız Sumqayıt Texnologiyalar Paknının işləri ilə yaxından tanış olmaq idi. Deməli, onlar birlikdə maraqlı işbirliyi quracaqlar. İkincisi də əsas məqsədimiz qonaqların Azərbaycanın, əsasən də Bakı şəhərinin qısa vaxtda necə inkişaf etdiyini öz gözləri ilə gəlib görmək idi. Çünki Azərbaycan Respublikası həqiqətən də qısa vaxtın içərsinidə çox inkişaf etmiş bir ölkə olub. Ona görə də bütün azərbayjanılıları bu böyük uğurlara görə təbrik edirəm.
Nahar fasiləsi vaxtı mən qonaqların bəziləri ilə söhbətləşdik. Onların dedilərini oxuculara çatdırmaq istəyirik.
Belarus Kabel zavodunun baş direktoru Valentin Valentinoviç Malaletniyev:
- Mən Azərbaycan Respublikasında gördüyüm bu uğurlardan çox məmnun oldum. Bakı şəhəri özünün gözəlliyi, yaraşığı, insanların mehiribanlığı ilə məni valeh etdi. STP-də olanda isə gördüm ki, burada dünyanın ən yeni texnologiyalarından istifadə etməklə böyük işlər görülüb. Bu müəssisə gələcək nəsillər üçün çox böyük gəlirlər gətirəcək. Respublikanızda yeni iş yerlərinin açılması məni sevindirir. Burada hər iş böyük uğurla gedir. Allahdan arzum budur ki, işlər belə də davam etsin.
Lyüdmila Feoktistova, Belarus Kabel zavodunun idarə heyyətinin sədri:
- Bu müəssisədə görülən işlərdən biz çox məmnun qaldıq. STP gələcəyin müəssisəidir. Mən hətta deyərdim ki, XXIII əsrin müəssisəidir. Bura əsl nağıllar aləmidır.
Macarıstandan Elianora Paka:
- STP-də gördüklərimdən çox məmnun oldum. Ümumiyyətlə, Azərbaycan və azərbaycanlılar məni valeh etdi. Çox qonaqpərvər millətsiniz. Bizi burada çox yaxşı, böyük mehribanlıqla qarşılayırsız.
Vitali Yureviç Qalubtsov:
- Mən altmış iki il bundan qabaq Azərbaycanda, Qusar rayonunda anadan olmuşam. Bakı şəhərində üç sinif təhsil alandan sonra buradan köçmüşük. Beş il bundan əvvəl yenidən Azərbaycana gəlmişdim. Beş ildə Azərbaycanın belə sürətlə inkişaf etməsindən çox sevindim. Biz də kabel və armatur biznesi ilə məşğul oluruq. Bu gün Sumqayıt Texnologiyalar Pakında gördüklərimdən məmnun oldum. Bu müəssisəyə böyük investisiyalar qoyulub. Həmin investisiyaları da STP qısa vaxtda dövlətə qaytaracaq. Yəqin ki, biz bu müəssisə ilə böyük işbirliyi quracağıq.
Bəxtiyar İsmayılov:
- Mən, əslən dağıstandanam. Uzun illər Sankt-Peterburqa işləmişəm. Hal-hazırda isə Severkabel müəssisəsinin baş direktoru işləyirəm. Bizim müəssisə kabel sənayesində bu gün dünyada və Rusiyada ən böyük müəssisələrdən biri sayılır. Amma bu gün burada STP-də gördüklərim məni çox təəccübləndirdi. Burada gördüyüm texnologiyalar dünyanın ən yeni və bahalı texnologiyalarıdır. İanıram ki, STP Kabel zavodu istehsal etdiyi məhsullarla Azərbaycana çox böyük investisiyalar, maliyyə gəlirləri gətirəcək.
Pəri Əzizovna İsmayılova, Bəxtiyar İsmayılovun həyat yoldaşı:
- Bakı şəhərində mənim qohumlarım yaşayır. Bu şəhərlə biz çoz bağlıyıq. Bakı dünyanın bu gün ən gözəl şəhərlənindən biridir. İnsanlar çox mehriban və qonaqpərvərdir. Harada oluruqsa bizi böyük mehribanlıqla qarşılayırlar. STP-də isə gördüklərimdən çox məmnun qaldım. Həyat yoldaşıiın dediyi fikirlərlə tam razıyam.
Mixail Yamşik, Belarus Kabel zavodu:
- Mən STP-də çox böyük təlim-tərbiyənin, cavabdehliyin şahidi oldum. Azərbaycanda gördüklərimdən isə məmnun qaldım. Siz öz vətəninizin əsl patriotlarısız. Biz gördük ki, burada rəhbərə inam və hörmət çox böyükdür. Axı rəhbər hər şeyə görə cavabdehdir. Bizdə Belarusda prezidentimiz də əlindən gələni edir ki, millət yaxşı yaşasın. Amma orada onun üçün çətindir. Çünki təbii sərvətlərimiz azdır. Lakin sizdə bu sahədə bizdən işlər daha yaxşıdır. Sizin Azərbaycan təbii sərvətləri ilə çox zəngindir. Sizin respublianın nefti, qazı var. Bunlarda millət üçün böyük sərvətdir. Bu sərvətləri qoruyun. Bax bunun nəticəsində də qeyri-neft sektorunu dirçətmək çox yaxşıdır. Sizin prezidentiniz çox düzgün qərar verib. Qeyri-neft sktoru Azərbaycana böyük maliyyə gəlirləri gətirəcək.
Dmitrii Şamanov:
- Mən Mingəçevirdə anadan olmuşam. Hər yerdə də fəxrlə deyirəm ki, Mingəçevirdə doğulmuşam. Hal-hazırda Mokvada Fin kampaniyasında işləyirəm. Azərbaycan doğma yurdum olduğuna görə 2000-ci ildən bura tez-tez gəlirəm. STP-də isə artıq ikinci dəfə oluram. Keçən dəfə olduğum vaxtdan qısa zaman keçsə də gördüm ki, bu müəssisə çox inkişaf edib. Ümumiyyətlə, Azərbaycan nəhəng addımlarla inkişaf edir.
Andrey Voykov:
- Bura çox nəhəng müəssisədir. Deyilənlərdən başa düşdüm ki, hələ burada işlər gedir. Yeni-yeni zavodlar tikiləcək. Həmin zavodlar hazır olandan sonra inanıram ki, STP Azərbaycanda ən böyük müəssisələrdən biri olacaq. Bütün bunlar da Azərbaycan xalqının böyük uğurudur.
Viktor Vladimir Miller, Tatarıstan Kabel zavodunun baş direktoru:
- Sumqayıt Texnologiyalar Parkını gördükdən sonra bura haqqında çox yüksək təəssüratım yarandı. Mən icraçı direktor Sahib Musayevi və Kabel zavodunun direktoru Adıgözəl Rəhmanovu yaxşı tanıyıram. Onlarla yaxşı dostluq əlaqələrimiz var. Mən gördüm ki, burada müəssisələr Avropa standartlarına uğyun və müasir texnologiyalarla yüksək səviyədə tikilir. STP Kabel zavodunda Adıgözəl Rəhmanovun dediklərinə görə hələ çoxlu işlər görüləcək. Bütün işlər tamamlanandan sonra STP Kabel zavodu MDB məkanında ən böyük müəssisə olajaq. Deməli, bu zavod Azərbaycana böyük gəlirlər gətirəjək. Mən həmkarlarımın bu uğurlarına çox sevinirəm. Onlar belə böyük müəssisəni yaratmaqda böyük əmək sərf ediblər. Böyük işlər olan yerdə də böyük uğurlar olur. Azərbaycan xalqı qədim xalq olmaqla, həm də çox savadlı və mehriban xalqdır. Siz, Sovetlər Birliyi dağılandan sonra cəmi iyirmi iki ildə böyük işlər görübsüz. İnanıram ki, bundan sonra da böyük işlər görməklə, MDB məkanında ən irəlidə gedən varlı ölkə olacaqsınız. Sizin prezidentiniz İlham Əliyev Azərbacanın inkişaf etməsində, dünya ölkələri arasında özünün layiqli sözünü deməsində böyük işlər görür.
Sonra qonaqlar xoş əhval-ruhiyyə və böyük mehribnçılıqla Bakı şəhərinə yola salınıb.
May ayının 24-də yenidən ayrı-ayrı təşkilat rəhbərləri ilə forum iştiraçılarının görüşləri olub. Gələcəkdə görüləcək işlərlə, məhsulların alışı ilə bağlı müqavilələr imzalanıb. Və qonaqlar Azərbaycan Hava Yolları Limanından xoş əhval-ruhiyyə ilə yola salınıb. Dörd gün davam edən 45-ci beynəlxalq forum insanlar arasında böyük mehribançılıq yaratmaqla, onları bir ideya ətrafında daha da çıx birləşdirib.
Beləliklə, "İnterkabel" Beynəlxalq Assisiasiyasının 45-ci Forumu Azərbaycanda dörd gün müddətində çox böyük üğürla davam edib. Qonaqlar məmləkətimizdən, burada görülən böyük, uğurlu işlərdən, Bakı şəhərində və regionlarda gedən dirçəlişdən məmnun qalıblar. Ən əsası isə cəmi üç il yarım bundan qabaq istehsalata buraxılan Sumqayıt Texnologiyalar Pakında gedən işlərdən və buradıkı on yeddi zavodun istehsal etdiyi məhsullardan çox məmnun olublar. Doxsan bir müəssisədən gələn yüz əllidən çox nümayəndə, hansılar ki, böyük təcrübəyə malikdirlər və dünya səviyyəsində gedən işlərdən yaxşı xəbərdardılar, onlar Sumqayıt Texnologiyalar Parkını XXI əsrin yeni möcüzəsi adlandırdılar. Və Azərbaycandan xoş təəssüratla ayrılıblar.
Qətiyyətlə deyə bilərik ki, artıq tarixə çevrilən bu Forum Azərbaycan inqisadiyyatının, sənayesinin, qeyri-neft sektorunun inkişafına özünün layiqli müsbət təsirini göstərəcək.
Ağalar İDRİSOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB