Regionun iqtisadiyyatı Qəbələdə müzakirə olunacaq

Regionun iqtisadiyyatı Qəbələdə müzakirə olunacaq

Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi işlər nazirlərinin Azərbaycanda görüşü keçiriləcək. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan mayın 25-də ölkəmizə səfər edəcək. Türkiyəli nazir Qəbələdə keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda iştirak edəcək. Səfər çərçivəsində Çağlayan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə görüşlər keçirəcək.

Üçüncü dəfə təşkil olunan üçtərəfli biznes forum çərçivəsində iqtisadi əməkdaşlığın və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, əvvəlki görüşlər Tbilisi və Qarsda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə