Azərbaycan Mərkəzi Bankı ölkədə bank təşkilatlarının qeyri-bank kredit təşkilatına çevrilməsi prosesinin qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparır. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qanunvericilik bazasında aktivlərin həcmi, əmanətçilərin hüquqları və s. aktual məsələlər əksini tapacaq: "2014-cü il yanvarın 1-dək məcmu kapitalını tələb olunan 50 mln. manata çatdıra bilməyən banklar ya qeyri-bank təşkilatına çevrilməli, ya konsolidasiya olunmalı, ya da ümumiyyətlə bazardan getməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB