Dünya Bankı və BVF Parlament Şəbəkəsinin XI illik konfransı keçirilir
Bu gün Gülüstan sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransı keçirilir. SİA-nın xəbərinə görə, konfrans Dünya Bankı və BVF-də daxil olmaqla, Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini, vətəndaş cəmiyyətlərini və tərəfdaş təşkilatlarının liderlərini, 200-dən artıq şəbəkə üzvlərini bir araya gətirən parlament şəbəkəsinin nümunəvi tədbiridir.
Bu il keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransının əsas məqsədi, sosial müdafiə vasitəsilə inkişaf etmiş, yeni yaranan, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dayanıqlı, davamlı və hərtərəfli artımı təmin etmək; iqlim dəyişikliyini yumşaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq; hasilat sənayesi sektorunda düzgünlüyün təbliğ edilməsi və parlament nəzarətinin gücləndirilməsidir.
Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilib. Müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Alen Desteks Parlament Şəbəkəsinin hazırki sədridir. 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər o, Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu və xüsusilə Azərbaycan-Belçika regional qrupunun Prezidenti olub. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarini əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.
Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI illik konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökümət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB