Ermənistan enerji böhranından çıxmağın yollarını axtarır

Ermənistan enerji böhranından çıxmağın yollarını axtarır

Ermənistan hökuməti ölkədə mavi yanacağın və elektrik enerjisinin bahalaşmasının qarşını almaq üçün alternativ variantlar üzərində çalışır. Bu məqsədlə rəsmi İrəvan Rusiya və İranla qazın qiymətinə dair danışıqlar aparır. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumat görə, Ermənistan baş naziri Tiqran Sarkisyan parlamentindəki çıxışda bildirib ki, hökumət qazı daha ucuz qiymətə almaq istəyir. O bəyan edib ki, İran və Rusiya ilə danışıqlar aparılır. Müzakirələr ən yüksək siyasi səviyyələrdə davam etdirilir.

Baş nazir qeyd edib ki, "Qazprom" şirkəti Ermənistana qazın 1000 kubmetrini 189 dollara təklif edir ki, Rusiyadan tarif tranzitləri də nəzərə alınmaqla bu rəqəm 270 dollara yüksəlir: "Bu səbəbdən tərəflər tranzit haqlarından yayınmaq üçün çıxış yolları axtarır".

Bütün xəbərlər Facebook səhifəmizdə