Azərbaycanda elektrik enerjisi istehsalında artım olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin dörd ayında 672,4 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bundan başqa, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 0,2 faizlik artım əldə olunub.
Qeyd edək ki, ümumillikdə Azərbaycanda 7,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Onun 6,4 faizi su elektrik stansiyalarının, 93,6 faizi istilik elektrik stansiyalarının payına düşür. 2013-cü ilin birinci rübündə elektrik və istilik enerjisinin istehsalı üçün müəssisələr tərəfindən 1651,1 milyon kub metr təbii qazdan, 0,8 min ton dizel yanacağından və 0,4 min ton mazutdan istifadə edilib. Hesabat dövründə 1 kilovat-saat elektrik enerjisi istehsalına neft ekvivalenti ilə 216,5 qram yanacaq məsrəf olunub. Bu ilin birinci rübündə ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 4,9 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB