Artıq üç ildir ki, fəaliyyətə başlayan Sumqayıt Texnologiyalar Parkında on yeddi zavod tikilərək istifadəyə verilib. Bu zavodlardan birincisi və artıq az vaxtda nəinki respublikamızda, hətta ondan kənarlarda da özünə inam yaradan Kabel zavodudur. Zavod qısa vaxtda 6500 adda məhsul istehsal etməklə demək olar ki, tam gücü ilə işləyir. Kabel zavodu çox möhtəşəm və Azərbaycan sənaye tarixində böyük hadisə olacaq bir foruma hazırlaşır. Bu münasibətlə STP Kabel zavodunun direktoru Adıgözəl Əbdul oğlu Rəhmanovla görüşüb, zavodda gedən işlər və forum haqqında söhbətləşdik. Ona ilk sualımız belə oldu.
- Adıgözəl müəllim STP Kabel zavodu nə məqsədlə yaradılıb?
- Ulu Öndərimiz Heydər Əliyevin ideya müəllifi olduğu əsrin müqaviləsi Bakı-Tibilisi-Ceyhan neft kəmərinin fəaliyyət başlamasından sonra ölkəmizə neftdən gəlirlər gəlməyə, Azərbayjanın iqtisadiyyatı genişlənməyə, dirçəlməyə başladı. Bundan sonra elektroenergetikanı sənayesini dirçəltmək üçün Ulu Öndər qərar verdi. Çünki ölkəmizdə Sovetlər Birliyindən sonra elektroenergetika sahəsi bərbad səviyyədə idi. Elektroenerjisiz də böyük işləri görmək mümkün deyildi. Bundan sonra da Azərbaycanda köhnə zavod və fabriklər, elektrik enerjisi istehsal edən müəssislər bərpa olunmağa və yeniləri tikilməyə başlandı. Bu işlər də əbədiyaşar prezidentimizin rəhbərliyi ilə böyük uğurla davam etdirildi.
Artıq 2003-cü ildə prezident İlham Əliyevin verdiyi qərarlarla Azərbaycanda qeyri neft sektorunu genişləndirmək üçün böyük işlərə başlanıldı. Belə ki, Azərbaycanda dünya standartlarına uyğun yeni zavodların və fabriklərin tikilməsi qərara alındı. Bu da işsizliyin aradan qaldırılması və qeyri neft sektorlarından gələn gəlirlə Azərbaycanın iqtisadiyyatının yüksəlməsinə kömək etmək məqsədi daşıyırdı. Ona görə də Sumqayıtda Texnologiyalar Parkının tikilməsi planlaşdırıldı. Bu parkın tikintiyə başlamasında cənab prezident İlham Əliyev özü iştirak edib. Və qısa vaxtda Sumqayıt Texnologiyalar Parkı tikilərək istifadəyə verilib. Bu park da özündə iyirmiyə yaxın zavodu birləşdirəcək. Onu vurğulamaq istəyirəm ki, təkcə keçən il respublikamızda altmış zavod tikilib və istifadəyə verilib. Bu il yüz zavodun tikilib, istifadə verilməsi planlaşdırılıb.
Sumqayıt Texnlogiyalar Parkının daxilində ilk istifadəyə verilən zavodlardan biri də STP Kabel zavodu olub. Bu zavodun açılışında isə hörmətli prezidentimiz özü iştirak edib. STP Kabel zavodu 2008-ci ilin may ayından tikilməyə başlayıb. 2009-cu ilin dekabrında istehsalata buraxılıb. Bu STP Kabel zavodunda da biz artıq 6500 çeşiddə məhsul istehsal edirik. Hal-hazırda isə STP Kabel zavodu üçün Avstriyadan, İtaliyadan, Almaniyadan təzə dəzgahlar gətirilib. Bu dəzgahları biz 2013-cü ilin sonuna və 2014-cü ilin əvvədinə kimi quraşrıdıracağıq. Sonra STP Kabel zavodu 15000 çeşiddə məhsul istehsal edəcək. Bu da çox böyük gəlir gətirən iş deməkdir.
- Eşitmişik ki, bu yaxnlarda Kabel Zavodunun təşkilatçılığı ilə Azərbaycanda dünya səviyyəli bir forum keçiriləcək. Xahiş edirəm bu haqda çoxminli oxucularımıza məlumat verəsiniz.
- Bu ilin may ayının 21-dən 24-nə kimi Bakı şəhərində İnterkabel Assossiasiyasının böyük bir forumu keçiriləcək. İlk öncə İnterkabel Assosiasiyası haqqında məlumat vermək istəyirəm. Bu təşkilatın 22 dövlətdən olan 90-na yaxın firmalarından 152 nümayəndəsi həmin forumda iştirak edəcək. Gördüyünüz kimi deməli, bu forum dünya səviyyəli bir forum olacaq.
2012-ci ildə Sumqayıt Texnologiyalar Parkının Kabel zavodu da həmin İnterkabel Assosiasiyanın üzvü seçilib. Çünki, bizim zavod da artıq Avropa zavodları və MDB məkanında ən böyük zavodlardan biridir. Burada istifadəyə verilən xətlər, texnologiya və texniki avadanlıq XXI əsrin texnologiyasıdır. İnterkabel Assosiasiyası Azərbaycanda özünün yubiley tədbiri olan qırx beşinci forumunu keçirəcək. Bu forumda da bizim əsas məqsədimiz öz zavodumuzu dünya səviyyəsində tanıtmaqdır.
- Adıgözəl müəllim, dediyiniz iyirmi iki hansı ölkələrdən nümayəndələr bu foruma gələcəklər?
- Bunlar dünyanın ən inkişaf etmiş ölkələrindən - Almaniyadan, Fransadan, Polşadan, Çexiyadan, İspaniyadan, Belarusdan, Ukraynadan, Rusidan və başqa ölkələrdən gələn nümayəndələr olacaqlar. İnterkabel Assosiasiyası hər il öz tədbirini bir ölkədə keçirib. Bu il də özünün qırx beşinci yubiley forumunu Azərbaycanda keçirməyi planlaşdırıb. Bu doğurdan da resrublikamız üçün sənaye sahəsində çox böyük tarixi hadisədir.
- Bu forumun məmləkətimizdə keçirilməsinin Azərbaycana hansı xeyirləri olacaq?
- Mən otuz ildən çox dünya səviyyəli kabel zavodlarında işləmişəm. Dünyamın inkişaf etmiş ölkələrində təcrübə mübadiləsi keçmişəm. Çoxlu Kabel zavodlarında olmuşam. Bunlar Avropa dövlətli, MDB məkanından olan Rusiya, Ukrayna, Belarusiya və başqa dövlətlərdir. Bizim STP Kabel zavodu özünün müasir texnologiyasına və istehsal etdiyi məhsullara görə, həmin ölkələrin çoxusundan qabaqda gedir. Çünki burada quraşdırılan və alınıb gətirilən avadanlıqlar Avropanın Almaniya, Avstriya, İsveçrə, Fransa və başqa dövlətlərinin ən qabaqcıl firmalarının istehsal etdiyi texnikalardır. Bu texnologiyaları işlədə bilən yüksək ixtisaslı mütəxəsislərimizdə çoxdur. Ona görə də bizim Kabel zavodunun istehsal etdiyi kabellər dünya bazarında yüksək qiymətləndirilir və alınır.
- Sizin zavod hansı kilavoltluq kabelləri istehsal edir?
- Hal-hazırda məişətdə istifadə olunan 110 kv-aya qədər olan kabellər istehsal edirik. Amma bu yaxınlardan artıq 500 kilavoltluq kabellər istehsal edəcəyik. Bu kabellər də dünyanın üç ölkəsində Almaniyada, Yaponiyada və Çində istehsal olunur. MDB ölkələrində və bizimlə qonşu olan dövlətlərdə belə yüksək kilavoltluq kabel istehsal olunmur. Deməli, artıq bizim bu kabelləri dünya bazarında satmağa böyük şansımız var. Bundan başqa biz ildə qırx min ton mis çubuqlar istehsal edən zavodu da işə salacağıq. Sonra optik kabellər istehsal etmək üçün avadanlıqlar alıb gətirmişik. Sonra siqnal, koksial, rabitə kabelləri istehsal etməyə başlayacağıq. Belə kabellər də dünyada çox az zavodlarda istehsal olunur. İnanıram ki, bu kabelləri biz istehsal edəndən sonra Azərbaycanın iqtisadiyyatına böyük maliyyə gəlirləri gətirəcəyik. Belə kabellərə Azərbaycanda da böyük ehtiyac var. Çünki zavodlar, fabriklər, sosial obyektlər bu kabellərdən istifadə edir. Belə kabelləri biz əvvəllər xarici ölklərdən alırdıq. İndi isə özümüz istehsal edəcəyik. Bu da bizim fəxrimiz olacaq ki, özümüz istehsal etdiyimiz kabelləri məmləkətimizdə istifadə edəcəyik. Bunlar da dünya səviyyəli məhsullar olacaq. Biz artıq 220-500 kilovatlıq kabellər istehsal edəndən sonra belə məhsullara dünya bazarından təlabat daha çox olacaq.
Mən onu da vurğulamaq istəyirəm ki, Azərbaycan illər boyu kabel üzrə mütəxəssislər hazırlayıb. Həmin mütəxəssislərdən çoxusu hətta xarici ölkələrdə də işləyirlər. İnterkabel Assosiasiyasının Azərbaycanda keçiririləcək forumunun xalqımıza, dövlətimizə böyük köməkliyi olacaq. Təsəvvür edin ki, iyirmi iki ölkədən gələn yüz əllidən artıq nümayəndə Azərbaycanda gedən bu böyük uğurlu işləri görüb, gedib öz məmləkətlərində və əlaqədə olduqları başqa xarici ölkələrdə danışacaqlar. Deməli, bütün bunlar da bizim millətin böyük uğurudur. Bu da hörmətli prezidentmiz İlham Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasətin nəticəsidir. Mən qətiyyətlə inanıram ki, Azərbaycanda aparılan bu siyasət və görülən işlər tezliklə özünün daha böyük bəhrələrini verəcək. Azərbaycan qısa vaxtda özünün sənaye istehsalı gücünə, iqtisadiyyatına görə həqiqətən dünyanın ən aparıcı dövlətlərindən biri olacaq.
Ağalar İDRİSOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB