Nəqliyyat naziri Ziya Məmmədov Göyçay rayonunda vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, nazir Göyçay, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Zərdab, Ağsu, Ağcabədi və Laçın rayonlarından olan 30-dan artıq vətəndaşı qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub.
Z. Məmmədov vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB