Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb. SİA-nın "Bloomberq"ə istinadən verdiyi məlumata görə, bu gün keçirilən hərraclarda "qara qızıl"ın qiyməti bahalaşıb. Belə ki, London fond birjasında "Brent Crude Oil" markalı neftin iyun fyuçerslərinin dəyəri 0.12 dollar artaraq bir barel üçün 103.80 dollar olub. Nyu-Yorkun NİMEX birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti isə 0.02 dollar bahalaşaraq 95.14 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə