Tikinti materiallarının istehsalında artım olub

Tikinti materiallarının istehsalında artım olub

2013-cü ilin dörd ayı ərzində 14,3 milyon ton neft, 5,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən yaydığı xəbərə görə, qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, tikinti materiallarının istehsalında daha çox artım əldə edilib. Bundan başqa ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-aprel aylarında 11,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8 faiz artım, neft sektorunda 1,5 faiz azalma müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə