Vüqar Bayramov: "Rusiya neft nəqlini dayandırmaqla Azərbaycana təzyiq etməyə çalışır"
"Son zamanlarda Bakı-Novorosiyski boru kəməri siyasi əhəmiyyətini itirmişdi". Bu barədə iqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya verdiyi açıqlamada məlumat verilib.
Onun sözlərinə görə, həmin boru kəməri 90-cı illərin ortalarında BTC boru kəmərinin inşası ilə bağlı qərar qəbul edəndə iqtisadi-siyasi əhəmiyyətini itirmişdi: "Rusiya isə çalışırdı ki, Azərbaycan istehsal etdiyi nefti Bakı-Novorosiyisk boru kəməri ilə nəql etsin. Amma buna baxmayaraq, Azərbaycan rəhbərliyi yeni boru kəmərinin tikintisində fəaliyyətini gücləndirdi. Bundan başqa BTC-nin rentabelli işlməsi üçn orta Asiya neftinin bu kəmər vasitəsilə nəqli üçün Qazaxıstanla danışıqlar aparıldı".
BTC-nin imkanlarının geniş olduğunu deyən ekspert, onun Bakı-Novorosiysklə eyni imkana malik olduğunu vurğuladı. Ekpertin fikirincə, iqtisadi baxımdan Bakı-Novorosiyski kəmərindəki nəqlin dayandırılması Azərbaycan üçün problem yaratmayacaq: "Azərbaycanın gündəlik neft nəqli 800-min barelə yaxındır. Moskva Azərbaycan üçün elə bir əhəmiyyəti olmayan nəqli dayandırmaqla ölkəmizə təzyiq etməyə çalışır. Eyni zamanda rəsmi Moskva bu yolla qonşu ölkələrə də siyasi təzyiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB