Sənaye məhsulları ucuzlaşıb

2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,0 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,7 faiz aşağı düşüb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,7 faiz, metal filizlərinin hasilatı üzrə 2,3 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,5 faiz bahalaşıb.

Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,8 faiz, avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə