Neft ucuzlaşır

Dünya neft bazarında qara qızılın qiyməti ucuzlaşıb. SİA-nın Euronews-a istinadən verdiyi xəbərə görə, ekspertlər qeyd edib ki, neftin qiyməti OPEK-in məruzəsinin açıqlaması fonunda ucuzlaşıb. OPEK-in məruzəsində "qara qızıl"ın dünyada olan təlabatının ötən ildən bu ilə olan nisbətdə proqnozunu dəyişdirməyib. Belə ki, Lond fond birjasında "Brent Crude Oil" markalı neftin iyun fyuçerslərinin dəyəri 0.56 dollar ucuzlaşaraq bir barel üçün 103.91 dollar olub. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barrelinin qiyməti 0.35 dollar düşərək 96.05 dollar olub.

Xatırladaq ki, neftin ucuzlaşmasının digər bir səbəbi kimi İsrail-Suriya hərbi münaqişəsi göstərilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə