Bu gün dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlər üzrə dəyişib. SİA-nın Bloomberqe istinadən verdiyi məlumata görə, dünya neft bazarındakı dəyişiklik ABŞ-da xammal ehtiyatının həcminin iqtisadçı ekspertlərin gözlədiyindən aşağı olması ilə bağlı yayılan məlumatdır.
London birjasında "Brent" markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 0.06 dollar aşağı düşərək 104.34 dollar olub.
ABŞ-ın NİMEX birjasında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti isə 1 dollar qalxaraq 96.62 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB