Avtomobil bazarında satış dinamikası azalıb

Avtomobil bazarında satış dinamikası azalıb

Ötən ilin statistikası ilə müqayisə etdikdə 2013-cü ildə avtomobil bazarının dinamikasında geriləmə müşahidə olunub. Bunu SİA-ya açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin Osmanov deyib. Onun sözlərinə görə, ötən il avtomobil bazarı üçün dinamik bir dövr olub. İdxalda kəskin dərəcədə artım müşahidə olunurdu. Amma buna baxamayaraq, avtomobilin daxili bazardakı satışı da yüksək olub. Ramin Osmanov qeyd etdi ki, avtomobil bazarında ilin ən aktiv dövrləri aprel, may, iyun və sentyabr aylarına təsadüf edir.

Proqnozlaşdırılır ki, bu aylarda bazarın dinamikası artacaq. Aparılan müşahidələr deməyə əsas verir ki, builki göstəricilər keçən ilkindən geri qalır. Bazardakı satış dinamikasın düşməsinin əsas səbəbi banklardan avtomobilə ayrılan kreditlərin azalmasıdır. Məsələn ötən il ayrılan kreditlər göstərdi ki, 14-dən artıq bank avtomobil bazarına kredit ayırdı, bu gün artıq bu bankların sayında azalma var.

Ekspertin fikrincə, avtomobil bazarındakı tendesiyanı 2-ci rübün sonunda daha dəqiq demək mümkün olacaq. Dinamikanın aşağı düşməsinin bir səbəbi isə bankların konkret avtomobil dillerləri ilə işləməsidir. Yəni iki qurumun müqavilə əsasında fəaliyyəti pul kütləsinin bazara girməsinə imkan vermir.

Bundan başqa ölkəyə avtomobil idaxalının çox olması da dinamikaya təsir gösrtərən tendesiyadır. Bu gün Azərbaycana Gürcüstandan, Almaniyadan və ABŞ-dan avtomobil idxal olunur. Rəsmi statistakaya görə, bu gün ölkəyə gətirilən avtomobillərin 40-45 faizi Gürcüstanın üzərinə düşür. Azərbaycandakı avtomobil dillərlərinin sayını isə müqayisə etdikdə bu rəqəm idxal olunan avtomobillərinin sayına bərabərdir. Ramin Osmanovun sözlərinə görə, avtomobil idxalının qarşısı bir qədər alınsa, bu bazarda dinamikanın artmasına xidmət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə