2013-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən SİA-ya məlumat verilib. Komitədən həmçinin bildirblər ki, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi 30,1 faiz, tranzit üzrə 9,4 faiz ucuzlaşıb. MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7 faiz bahalaşıb. Aprel ayında dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb. Bundan başqa hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz artıb. Bununla yanaşı boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz azalıb. Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz ucuzlaşıb. Nəqliyyat vasitələti ilə yanaşı, rabitə sahəsində internet xidmətlərinin tarif indeksi də 6,2 faiz ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB