Şahdəniz konsorsiumu yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumunun hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayıb. Bu barədə SİA-ya "bp-Azərbaycan"ın mətbuat xidmətindən məlumat verilib. Hasil olunan qiymətləndirilmə ilə bağlı aparılan son işlər Cənub Qaz Dəhlizinin həyata keçməsində növbəti mühüm bir addımdır.
Qeyd edək ki, Nabukko Qaz Boru Kəməri və Trans Adriatik Boru Kəməri bu ilin mart ayının sonunda qazın nəql edilməsi ilə bağlı öz ilkin təkliflərini təqdim edəndən sonra Şahdəniz konsorsiumu ilə geniş danışıqlar aparırlar. Həmin təkliflər artıq onların səhmdarları tərəfindən təsdiq olunub və beləliklə də son və hüquqi öhdəlik yaradan təkliflərə çevrilib.
Bundan əlavə, Şahdəniz konsorsiumu Avropa ərazisində 15-dən artıq müxtəlif qaz alıcısından ildə 30 milyard kub metrdən çox qaz satışı təklifi də alıb. Qaz satışı təkliflərinə boru kəməri variantlarının kommersiyalılığını və müvafiq bazarları müəyyənləşdirmək məqsədilə nəqletmə təklifləri ilə yanaşı baxılacaq. Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) Mərkəzi və Cənubi Avropadakı bazarlara ildə 10 miyard kub metr qaz daşımağı təklif edirlər. Şahdəniz konsorsiumu hazırda bu təkliflərin qiymətləndirilməsini yekunlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB