ƏSF-in sədri: “Azərbaycanda qorunan bank əmanətlərinin limiti artırıla bilər”

ƏSF-in sədri: “Azərbaycanda qorunan bank əmanətlərinin limiti artırıla bilər”

"Azərbaycanda sığortalanan bank əmanətlərinin maksimal məbləği MDB və region ölkələri arasında bu, ən yüksək məbləğdir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu məbləğin MDB məkanında ən yüksək məbləğ olmasına baxmayaraq, Azərbaycanda sığortalanan bank əmanətlərinin maksimal məbləğinin indiki 30 min manatdan 50 min manata qədər artırılması məsələsi müzakirə gedir: "Azərbaycanda sığortalanan əmanətin məbləği təqribən 38 min dollar (30 min manat) olduğu halda, Qazaxıstanda bu məbləğ 32 min dollar, Rusiyada 22-23 min dollar, Türkiyədə 30 min dollar, Ukrayna və digər ölkələrdə isə daha aşağıdır. Ermənistanda isə sığortalanan əmanətlərin məbləği 5 min dollardır. Bu vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq, qorunan bank əmanətlərinin limitinin artırılması məsələsi də gündəmə gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə