Cahangir Hacıyev: “Tələskənliyə yol vermək olmaz”

Cahangir Hacıyev: “Tələskənliyə yol vermək olmaz”

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı hazırlıq işləri ilkin mərhələdədir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlaması zamanı Azərbaycan Beynəlxalq Bakının Heyətinin sədri Cahangir Hacıyev deyib.

Onun sözlərinə görə, bankın özəlləşdirilməsi ilə bağlı işlər "Əmlak Məsələləri Dövlət Komitəsi" tərəfindən analiz mərhələsindədir və sonrakı mərhələlərdə auditin nəticələri təhlil ediləcək: "2011-ci ilin nəticələrinə görə, ABB-nin göstəriciləri yüksək səviyyədədir. 2012-ci ilin nəticələri də eyni səviyyədə gözlənilir. Göstəricilərin yüksək olması isə bankın və özəlləşdirməyə çıxarıla bilən dövlətə məxsus səhm zərfinin qiymətini artıracaq. Ona görə də bu prosesdə tələskənliyə yol vermək olmaz. Özəlləşdirməni özəlləşdirmə xətrinə etmək olmaz".

Bundan başqa C.Hacıyev vurğulayıb ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə göstəriciləri özəlləşdirmə zamanı onun dəyərini artıracaq

Bütün xəbərlər Facebook səhifəmizdə