İqtisadi İnkişaf naziri Şahin Mustafayev növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbulda Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak ediblər. Qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, İqtisadi İnkişaf nazirinin Şirvan şəhərində vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB