Kür çayında sahil bərkitmə işləri görülür

Kür çayında sahil bərkitmə işləri görülür

Kür çayında sahil bərkitmə işləri görülür. Kür və Araz çaylarında bəndlərin istismar idarəsinin baş mühəndisi Rafiq Abdullayevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, ayrılan dövlət vəsaiti hesabına Kür çayının sahilində 1750 metr uzunluğunda ərazidə sahil bərkitmə işləri həyata keçirilir.

"Bərkitmə işləri çayın hərəkət etdiyi zaman döngələrdən keçdiyi yerləri əhatə edir. Çünki su sürətlə axdığından həmin döngələrdə bəndlərin yuyur. Ona görədə Zərdab rayonun Sarıqaya, İmişli rayonun Əlyetməz, Saatlı rayonun Novruzlu, Sabirabadın Narrığ, Əsgərbəyli, Qasımbəyli, Mürsəlli, Ulacalı, Bulduq, Ətçələr, Şıxsalahlı, Dadaşbəyli, Hacıqabul rayonun isə Abdulabad kəndində Kür çayının sahilində sahil bərkitmə işləri görülür. Hal hazırda Sabirabadın Bulduq kəndində işlərimiz davam edir. Kür və Araz çaylarında suyun artması nəticəsində daşqının baş verməsi gözlənilmir", - deyə melorator bildirib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə