Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı günü" təşkil edilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən QKDK-nin aparat rəhbəri Bəxtiyar Əzizov bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV nümayəndələrinin QKDK-nın struktur bölmələrinin əsas fəaliyyət istiqamətlərindən biri olan müxtəlif növ qiymətli kağızların qeydiyyatının aparılması, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu, emitentlərin illik hesabatlarının qəbulu və təhlili istiqamətində görülən işlərlə tanış etməkdən ibarətdir.
Daha sonra Qiymətli Kağızların buraxılışı və qeydiyyat şöbəsinin müdiri Elnur Allahverdiyev illik hesabatı təqdim edib.
1.95 mlrd. manat məbləğində 86 səhm, 173.8 mln. manat məbləğində on iki, 510 min ABŞ dolları məbləğində iki istiqraz buraxılışı, Mərkəzi Bank tərəfindən 2.5 mlrd. manat məbləğində 2012-ci ildə yerləşdiriləcək qısamüddətli notların emissiya prospekti, Maliyyə Nazirliyinin 20 mln. Manat məbləğində ortamüddətli, 180 mln. manat məbləğində qısamüddətli, 300 mln. manat məbləğində geri çağırılmaq hüququna malik olan birillik istiqrazların emissiya prospektləri dövlət qeydiyyatına alınıb. Bununla yanaşı, 2.5 mln. AVRO məbləğində 4 ədəd köçürmə vekseli və 22.1 mln. ABŞ dolları məbləğində 62 ədəd sadə veksel dövlət qeydiyyatına alınıb, 1.8 mln. ABŞ dolları məbləğində 10 vekselə isə xitam verilib.
Qiymətli kağızlarla bağlı 66 girov hüququ dövlət və 8 girov hüququ əlavə dövlət qeydiyyatına alınıb. Qiymətli kağızlarla bağlı 120 girova xitam verilib. 2.426 ipoteka kağızının dövlət və 2.531 ipoteka kağızının əlavə dövlər qeydiyyatı alınıb. 1 emitentin 90 ədəd mənzil sertifikatının buraxılışı qeydiyyata alınıb.
Qeyd edək ki, tədbir Prezidentin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumət 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB