Aprelin 19-da Makedoniyanın baş naziri Nikola Qruevskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçiriləcək. SİA-nın Azpromonun saytına istinadən verdiyi xəbərə görə, görüşdə Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq. Tədbirdə iştirak etmək istəyən sahibkarlar Azpromo-ya müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB