Bu gün və sabah Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 12 aprel 2013-cü il tarixdə saat 22:00-dan 13 aprel 2013-cü il tarixdə saat 10:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB