1 527 698 abonent sayğaclaşdırılıb

1 527 698 abonent sayğaclaşdırılıb

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 01 aprel 2013-cü il tarixinə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1527894-ə çatıb ki, bunların da 1509421-i əhali, 18473-ü isə qeyri-əhali abonentidir. İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, həmin abonentlərin 671284-ü Bakı şəhəri (661709 əhali, 9575 qeyri-əhali abonenti), 856610-u isə regionların (847712 əhali, 8898 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə 1527698 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1509225-i əhali (99,99 faiz), 18473-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 661554 əhali abonenti (99,98 faiz), 9575 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 847671 əhali abonenti (100 faiz) və 8898 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 671129 abonent (99,98 faiz), regionlar üzrə isə 856569 abonent (100 faiz) sayğaclaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə