İqtisadi İnkişaf Nazirliyi treninq keçirir

İqtisadi İnkişaf Nazirliyi treninq keçirir

Bu gün Biləsuvar rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, treninqdə iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin idarə edilməsinin təşkili, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar verilib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə