İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə idarə heyətinin üzvlərinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında strategiyanın hazırlanması baxımından önəmi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən yol-nəqliyyat infrastrukturu, sosial layihələr, informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB