ARDNŞ “Keppel Fells” şirkəti ilə müqaviləni gələn həftə imzalayacaq
Dövlət Neft Şirkəti (ARDNŞ) qazma qurğularının tikintisinə dair "Keppel Fells" şirkəti ilə gələn həftə ilk qazma qurğusunun tikintisinə dair müqavilə imzalayacaq. SİA-nın verdiyi xəbərə görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, qazma qurğularının tikintisinə dair danışıqlar başa çatıb: "Gələn həftə ilk qazma qurğusunun tikintisinə dair müqavilə imzalanacaq. Biz həmçinin bir neçə aydan sonra ikinci qazma qurğusunun tikintisinə dair müqavilə imzalayaraq, bu işi həyata keçirməyi palnlaşdırırıq. Paralel olaraq iki qazma qurğusunun tikintisini reallaşdırmaq niyyətindədyik. Vaxtımız azdır və qazma qurğularının tikintisinə ehtiyac var. Biz bunu tez bir zamanda həyata keçirtmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB