Nazir vətəndaşları qəbul edib

Ölkəmizin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulunu həyata keçirirlər. SİA xəbər verir ki, qəbul cədvəlinə əsasən, kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Salyan şəhərində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib. Bölgənin, təxminən, 100-dən çox vətəndaşı qəbulda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə