"Bu il Azərbaycanda 997 min hektar sahədə aparılan əkin işlərinin 690 min hektar sahəsini buğda, 306 min hektar sahəni isə arpa təşkil edib". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev belə deyib.
O deyib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Yaz əkinlərinə başlanılıb və düşünürəm ki, bu il keçən ilə nisbətən daha bol məhsul olacaq. Proqnozlara əsasən, bu il 2,6 mln. ton buğda əldə etməliyik. Bu, ən aşağı səviyyədir. Gələcək üçün düşünürəm ki, bu rəqəmdə artım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB