Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Yasamal rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkasında olub. SİA xəbər verir ki, nazir yarmarkada fermerlər tərəfindən satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətləri, onların keyfiyyəti və yarmarkanın ekoloji vəziyyətilə maraqlanıb.
İsmət Abasov bildirib ki, bu il Novruz Bayramı ilə əlaqədar təşkil olunan yarmarkalara 1000 tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılıb. Nazirin sözlərinə görə, Novruz Bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları mart ayının 16-dan 20-dək təşkil olunub: "Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır. Əgər yarmarkalarda da neqativ hallar yaranarsa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən dərhal yaranan vəziyyətin qarşısını almaq üçün tədbirlər görüləcək".
Qeyd edək ki, İsmət Abasov yarmarkadakı məhsulların keyfiyyəti və qiymətlərilə tanış olan zaman bazarlıq da edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB