Sahibkarlara 1 milyard 200 milyon manat məbləğində kredit ayrılıb

Sahibkarlara 1 milyard 200 milyon manat məbləğində kredit ayrılıb

"2012-ci ilin əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi olub. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu qeyri-neft sektorunun inkişafı sayəsində baş verir". SİA-nın məlumatına görə, bunu baş nazir Artur Rasizadə deyib.

O bildirib ki, qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir: "Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olub. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilib. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə