Şəhərlərarası danışıqlarda köhnə yığım qaydası olmayacaq SİYAHI
2013-cü il aprelin 1-dən etibarən şəhərlərarası zənglər zamanı köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Bu barədə SİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.
Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.
Nömrənin yeni yığılma qaydası ilə tanış olmaq üçün bu linkə daxil olmaq kifayətdir:
http://mincom.gov.az/fealiyyet/telekommunikasiya/telefon-kod/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB