Lerik-Qosmalian-Kəlvəz yolunun 8,5 km hissəsi yüksək səviyyədə bərpa olunub
Prezident İlham Əliyevin sərəncamı ilə regionlarda yolların yenidən qurulması və tikintisi uğurla həyata keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ucqar dağ rayonu olan Lerikdə də hazırda yerli infrastrukturun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin illərlə həllini gözlədiyi yol problemləri də aradan qaldırılır. Uzun illərdir təmir ini gözləyən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu yenidən qururlur. Ötən il avtomobil yolunun tikintisi məqsədi ilə Ölkə başçısının sərəncamına əsasən Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. 28000 nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi daglıq ərazdə yerləşdiyindən qış aylarında tikinti işləri müvəqqəti dayandırılmışdı. Hazırda hava şəraitinin əlverişli keçməsindən istifadə edən inşaatçılar iş prosesini yenidən bərpa ediblər. İndiyədək yolun 8,5 km-i yüksək səviyyədə bərpa olunaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, yolun tikintisi Almaniyanın qabaqcıl şirkətlərinin istehsalı olan mexanizmlərin vasitəsi ilə həyata keçirilir. Uzunluğu 26,17-km olan yolun bu ilin sonuna qədər yüksək səviyyədə bərpa olunaraq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB