Cəlilabadda uçmuş körpü nə vaxt bərpa ediləcək?

Cəlilabadda uçmuş körpü nə vaxt bərpa ediləcək?

Mişarçay çayı üzərində müasir yol ötürücüsü salınacaq, lakin yolda vəziyyət gərgin olaraq qalır

Ələt-Astara yolunun 140-cı kilometrliyində Mişarçay çayı üzərindəki qəzaya uğramış körpünün sökülməsinə başlanılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, martın 4-də axşam saatlarından uçmuş körpüyə minik avtomaşınlarının hərəkəti şəhərin Səttarxan küçəsindəki yardımçı körpü vasitəsi ilə həyata keçirilir. Alternativ yol salınsa da maşın axının həddindən artıq çox olması yolda tıxaca səbəb olub. Xüsusən də axşam saatlarında yolun hər iki tərəfində yüzlərlə maşından ibarət növbə yaranıb. Bəzi sürücülər isə yaxınlıqdakı Kirovka adlanan kədinin ara yollarından istifadə etməklə vəziyyətdən çıxmağa çalışırlar. Lakin həmin yolun da bərbad olması, xüsusən də bu gün axşamdan başlanan yağışın vəziyyəti bir qədər də çətinləşdirib, bəzi maşınların kəndara yolda qalmasına səbəb olub. Yerli mənbələrdən əməkdaşımıza verilən görə, kəndin içindən keçən alternativ yol tezliklə qaydaya salınmasa,bu, vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq.

Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 140-cı kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Qeyd olunan körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə