Mərkəzi Bankın sədri Elman Rüstəmovla Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bankdan SİA-ya verilən xəbərə görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb. Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan Henri Kerali ötən 2 il üzrə aralıq hesabatının hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas priroritetlərinin müəyyən ediləcəyini bildirib.
Bununla yanaşı görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında səmərəli və işgüzar əlaqələrin mövcudluğu yüksək qiymətləndirilib, cari layihələr, o cümlədən, Birgə İqtisadi Tədqiqatlar Proqramının qəbulu ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB