Bakıda 160-170 yerüstü dayanacaq olacaq

Bakıda 160-170 yerüstü dayanacaq olacaq

"Bakıda parkinq zonalarına görə orta qiymət müəyyənləşdiriləcək. Artıq bununla bağlı I, II, III zona parkinqlərə görə orta qiymət işlənib hazırlanıb". SİA-nın məlumatına görə, bunu İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, Bakıda təxminən 160-170 yerüstü parkinqin olması nəzərdə tutulub: "Bu parkinqlərin 70-80 faizi 300-1000 maşın tutumuna malik olacaq".

Hazırda parkinqlərlə bağlı ərazi bölgüsünün aparıldığını deyən mərkəzin baş direktoru: "Araşdırırıq ki, hansı ərazilərdə nə qədər parkinqə ehtiyac var və bu məlumatları da Nəqliyyat Nazirliyi ilə paylaşırıq. Hazırda parklanma qaydalarında müəyyən boşluqlar var ki, bunun da aradan qaldırılması üçün birlikdə çalışırıq",- deyə fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə