İqtisadçı: “Ermənistanda yoxsulluq səviyyəsi 40 faizdən çoxdur”
"Biz 2012-ci il üzrə Ermənistan iqtisadiyyatının yekunlarını qiymətləndirsək, görərik ki, bütövlükdə işğalçı dövlətin iqtisadiyyatında ənənəvi problemlərin artması müşahidə olunur". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Ermənistan iqtisadiyyatının son vəziyyətinə münasibət bildirərkən söyləyib.
V.Bayramovun sözlərinə görə, 2012-ci ilin yekunlarına görə, Ermənistanın xarici borcu Ümumi daxili məhsulun (ÜDM) 80 faizi nisbətindədir. Bu o deməkdir ki, Ermənistan praktiki olaraq öz xarici borcunu gələcəkdə qaytarmaq üçün ÜDM-nin 80 faizini ödəməlidir ki, bu da ölkə üçün çox kritiki bir həddir: "2012-ci ildə Ermənistan iqtisadiyyatının monopoliya və mərkəzləşdirmə meylləri kifayət qədər güclənib. İşğalçı ölkənin iqtisadiyyatının oliqarxlar tərəfindən idarə edilməsi bu prosesi daha da sürətləndirib. Bununla belə adıçəkilən ölkənin iqtisadiyyatı indiki halda daha çox Rusiyadan asılıdır. Həmçinin ölkə daxilində monopoliya meyllərinin güclənməsi, əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Baxmayaraq ki Ermənistanda rəsmi statistikaya görə yoxsulluq səviyyəsi 15 faizdir, amma beynəlxalq təşkilatların eyni zamanda müstəqil tədqiqat mərkəzlərinin qiymətləndirmələrinə görə, Ermənistanda yoxsulluq səviyyəsi 40 faizdən çoxdur. Avrozonadakı böhran Ermənistan iqtisadiyyatına da təsir götərməyəcək, çünki işğalçı ölkənin iqtisadiyyatı kiçikdir və burada həm sosial, həm də digər sferalarda böhran müşahidə edilir. Amma 2013-cü ildə Ermənistan iqtisadiyyatında böhranın davam etməsi gözlənilir. Praktiki olaraq bu gün həmin ölkənin dövlət rezervləri və xarici borc asılılığı ona yaxın illərdə öz iqtisadiyyatını bərpa etməyə imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB