İqtisadi İqtisaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən Ağstafa rayonunda sahibkarlarla görüş keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən müzakirələrdə iqtisadi cəhətdən səmərəli olan sahələrə vəsaitlərin ayrılacağı bildirilib. Artıq rayonda güzəştli kreditlər hesabına müasir çörək zavodunun, hevandarlıq, üzümçülük təssərüfatlarının və üzüm emalı müəssisələri üzrə investisiya ayrılmasına qərar verilib.
Ümumilmkdə cari ilin ötən dövrü ərzində dövlət tərəfindən 278 sahibkarın təqdim etdiyi layihələrə 50 mln manatdan artıq güzəştli kredit verilib. Bu da 1400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbirin rəsmi hissəsindən sonra Ağstafa və ətraf raoynlarda fəaliyyət göstərən 44 sahibkara 928 min manat güzəştli kredit ayrılıb. Yeni vəsaitlər hesabına ilkin mərhələdə 80-dən artıq iş yeri yaradılacaq.
İlham Məmmədov
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB